"Liverpul", "Arsenal" və "Tottenhem" klubları "Brentford"un və İtaliya millisinin sağ cinah müdafiəçisi Maykl Kayodeyə maraq göstərirlər. Sport24.az "Caught Offside"-yə istinadən xəbər verir ki, "Liverpul" 22 yaşlı futbolçunu həmin mövqeni gücləndirmək üçün əsas transfer siyahısına daxil edib.
Mənbələr sözlərinə görə, hazırkı məqamda "arılar" Kayode ilə bağlı heç bir rəsmi transfer təklifi almayıblar və birbaşa danışıqlar hələ başlamayıb. "Brentford" italyan müdafiəçini qış "transfer pəncərəsi"ndə satmaq niyyətində deyil. Klubun oyunçu üçün azı 60–65 milyon avro məbləğində təzminat tələb edəcəyi gözlənilir.
Qeyd edək ki, Kayode bu mövsüm bütün turnirlərdə 7 oyuna çıxıb və 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.