Kabo-Verde milli komandasının qapıçısı Vozinya "Ballon d'Or" mərasimində təqdim olunacaq mövsümün ən yaxşı qapıçısı mükafatına namizəd göstərilməsi ilə bağlı təəssüratlarını bölüşüb. Sport24.az xəbər verir ki, 40 yaşlı futbolçu bu barədə "L"Equipe" nəşrinə danışıb:
"Çoxları bunun ədalətsiz olduğunu deyərdi və müəyyən mənada mən də eyni fikirdəyəm. Xəbəri eşidəndə bunun zarafat olduğunu düşünmüşdüm. Bunu ona görə deyirəm ki, dünyanın ən yaxşı liqalarında və komandalarında çıxış edən bütün böyük qapıçılara hörmətim var.
Hər şeydən əvvəl, mən bunu bütün Kabo-Verde üçün növbəti bir mükafat kimi görürəm.
Karyeramın və həyatımın bu mərhələsində bu, taleyin əsl hədiyyəsidir. Buna görə də, məni namizədlər sırasına daxil edən hər kəsə təşəkkür edirəm".
DÇ-2026-da Kabo-Verde millisi tarixində ilk dəfə qrup mərhələsini adlayaraq 1/16 finala yüksəlib. Vozinya turnir ərzində komandanın əsas fiqurlarından biri olub.
Qeyd edək ki, 40 yaşlı futbolçu, Kabo-Verde millisinin hyətində parlaq çıxışından sonra bu mükafat uğrunda mübarizə aparacaq 10 namizəddən biri olub.