Bu gün futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununa çıxır. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Litva yığması ilə qarşılaşır.
Tərəflər arasında sentyabrın 27-də Litvada keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib, millinin heyətində isə 14-cü dəqiqədə Mahir Emreli fərqlənib.
Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək qarşılaşmanın start 17:00-da səslənəcək.
Millətlər Liqası
D Liqası, 2-ci qrup
III tur
17:00. Azərbaycan - Litva
Hakimlər: Qustavo Korreya, Andre Filipe Noqeyra Dias, Andreya Souza, Migel Andre Monteyro Fonseka (hamısı Portuqaliya)
VAR: Bruno Esteves
AVAR: Ana Klaudiya Silva Ribeyro