Yeni mövsümün hazırlıqlarını davam etdirən "İmişli" növbəti sınaq qarşılaşmasını keçirib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi "Şəfa" ilə üz-üzə gəlib.
Gərgin keçən görüşdə qalib müəyyənləşməyib — 1:1. "İmişli"nin yeganə qoluna Azər Salahlı imza atıb. "Şəfa"nın heyətində isə Elnur Cəfərov fərqlənib.