"Qəbələ" yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, "qırmızı-qaralar" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Yaponiyanın U-20 yığması ilə qarşılaşıb.

 

Qəbələ şəhər stadionunda baş tutan görüş məhsuldar alınıb.

 

Hər hissəsində iki qolun vurulduğu matçda qonaq komanda 3:1 hesablı qələbə qazanıb. "Qəbələ"nin heyətində Xəyyam Məmmədli fərqlənib.

 

Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasının VII turunun oktyabrın 10-da keçiriləcək matçında "Sumqayıt"ın qonağı olacaq.