İtaliya yığmasının baş məşqçisi Roberto Mançini Millətlər Liqasında Fransaya qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis 1:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"Hesab insanları yanılda bilər. Bizim üçün çox çətin oyun oldu. Qapıçımız Donnarumma son anda bizi məğlubiyyətdən xilas etdi. Ümumi oyuna baxsaq, yaxşı mübarizə apardıq.

 

Bu gedişlə əla milli komandaya çevrilə bilərik. Müəyyən vaxta ehtiyacımız var".

 

İtaliya A Liqasının A qrupunda 3 turdan sonra 4 xalla 3-cü sıradadır. Fransa isə 7 xalla liderdir.