Türkiyə millisinin heyətində dəyişiklik baş verib. Sport24.az xəbər verir ki, Arda Güler və Barış Alper Yılmaz düşərgədən ayrılıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu vərəqə cəzalısı olduğu üçün son turu buraxacaq və bu səbəbdən yığmadan ayrılıb.
Qeyd edək ki, Türkiyə millisi Millətlər Liqasında IV turda oktyabrın 5-də İtaliyanın qonağı olacaq.