"Bavariya" "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Fodenin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk"ın məlumat yayıb.

 

"Mançester Siti" Maliyyə "Feyr-Pleyi" qaydalarını pozduğuna görə ciddi sanksiyalarla üzləşərsə, 26 yaşlı futbolçu Münhen klubunun əsas transfer hədəfinə çevriləcək.  Almaniya nəhəngi, onu heyətinə qatmaq imkanı yaranacağı təqdirdə, Fodenə sərfəli müqavilə təklif etməyə hazırdır.

 

Qeyd edək ki, Foden bu mövsüm bütün turnirlərdə "şəhərlilər"in heyətində altı oyuna çıxıb və iki məhsuldar ötürmə edib.