İkinci Liqada çıxış edən "Marafon" ev oyunlarını bundan sonra Sabirabad Olimpiya Kompleksinin stadionunda keçirəcək. Sport24.az-ın əldə etdiyi məlumata bölgə klubu uzun müddətdən sonra doğma "yuvaya" qayıdıb.
"Marafon" məşqlərini Bakıda keçsə də, mövsümün əvvəlindən rəqiblərini Şamaxı Olimpiya Kompleksində qəbul edirdi.
Qeyd edək ki, "Marafon" İkinci Liqada beş turdan sonra 13 xalla ikincidir.