Azərbaycan millisinin müdafiəçisi Rüfət Abbasov UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Litva ilə matçından öncə  jurnalistlər qarşısına çıxıb. Sport24.az xəbər verir ki, "Neftçi"nin müdafiəçisi yalnız qələbə barədə düşündüklərini bildirib:

 

"Bizi olduqca çətin oyun gözləyir. Yalnız qələbə barədə düşünürük. Komanda olaraq yaxşı hazırlaşmışıq. Sabah qələbə qazanmalıyıq".

 

Qeyd edək ki, Azərbaycan - Litva qarşılaşması sabah "Palms Sports Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək