İtaliya millisinin qapıçısı Canluici Donnarumma Millətlər Liqasında Fransa ilə oyundan (1:1) sonra 2026-cı il "Qızıl top" (Ballon d'Or) mükafatına favoritinin adını açıqlayıb. Sport24.az xəbər verir ki, "çərçivə oruyucusu" bu barədə "L'Equipe" nəşrinə açıqlama verib:

 

"Qızıl top" uğrunda mübarizədə favoritim? Bu, Usman Dembeledir".

 

Qeyd edək ki, sentyabrın 8-də "France Football" jurnalı 2026-cı il "Ballon d'Or" mükafatına namizədlərin siyahısını açıqlayıb. Mükafatlandırma mərasimi isə oktyabrın 26-da Londonda keçiriləcək.