Florian Virts tezliklə oyun göstəricilərini yaxşılaşdırmasa, "Liverpul" onun gələcəyi ilə bağlı məsələyə yenidən baxa bilər. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, qış "transfer pəncərəsi"ndə Virtsin satışı nəzərdə tutulmur. Əgər vəziyyət dəyişməz qalsa, futbolçu 2027-ci ilin yayında transferə çıxarıla bilər. 

 

Virts cari mövümdə Premyer Liqada keçirdiyi beş matçın hamısına start heyətində başlasa da, yalnız bir görüşdə – "Nottingem Forest"lə oyunda (2:2) bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, 23 yaşlı almaniyalı futbolçu ötən yay 125 milyon avro qarşılığında "Liverpul"a keçib. O, "qırmızılar"ın heyətində 55 oyuna çıxıb, 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.