"Qalatasaray" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama matçı keçirib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə "Pendikspor"la qarşılaşıb.

 

Görüş 3:3 hesabı ilə başa çatıb.

 

"Qalatasaray" ilk hissədə qapısında üç cavabsız qol görüb və fasiləyə 0:3 hesabı ilə geridə yollanıb.

 

Okan Burukun komandası ikinci hissədə geridönüş etməyi bacarıb. "Sarı-qırmızılar"ın qollarını Arda Ünyay, Abdullah Kolazlı və Kaan Ayhan vurublar.

 

Qeyd edək ki, İstanbul klubu milli fasilədən sonra Türkiyə Super Liqasında "Kasımpaşa" ilə qarşılaşacaq.