Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Gəncənin iki təmsilçisi, "Kəpəz" və "Gəncəbasar" yoxlama görüşündə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, "Kəpəz"in Məşq Mərkəzində baş tutan şəhər derbisi gərgin mübarizəyə şahid olub.

 

90 dəqiqənin sonunda tərəflər hərəyə bir dəfə fərqlənərək qalibi müəyyənləşdirə bilməyiblər. Beləliklə, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.