"Yuventus", "Mançester Yunayted" və "Barselona" gələn yay "Əl-Nəsr"in hücumçusu Joao Feliksi heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barəə insayder Ekrem Konur sosial media hesabında paylaşım edib.

 

Feliksin Səudiyyə klubu ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır.

 

Bununla belə, portuqaliyalı futbolçunun yüksək maaşı onun adıçəkilən klublara keçidi üçün ciddi maneə yarada bilər.

 

Qeyd edək ki, Joao Feliks 2025-ci ilin yayından "Əl-Nəsr"də çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.