"Record" qəzetinin baş redaktor müavini Vitor Pinto Kriştiano Ronaldonun narazılığının daha bir səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "CMTV"-yə danışıb. 

 

 

Onun sözlərinə görə, futbolçunun böyük oğlu Portuqaliyanın aşağı yaş qrupları üzrə millisinə dəvət olunmayıb və bu da Ronaldonu qəzəbləndirib:

 

"Kriştiano Ronaldonu narahat edən daha bir səbəb var. O, oğlunun U-16 yığmasına çağırılmamasından narazı idi". 

 

Qeyd edək ki, bir neçə gün öncə 41 yaşlı ulduz futbolçunun milli karyerasını başa vura biləcəyi barədə xəbərlər yayılıb.