"Yuventus" və "Fiorentina" qış "transfer pəncərəsi"ndə "Marsel"in yarımmüdafiəçisi Pyer-Emil Höybyerqi heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Get Football News France" portalı məlumat yayıb.
Turin klubu təcrübəli yarımmüdafiəçi axtarışındadır və 31 yaşlı Höybyerqi keçidə razı sala biləcəyinə inanır.
"Nyukasl" yay "transfer pəncərəsi"ndə danimarkalı futbolçunu heyətinə qatmaqda maraqlı idi. Lakin o, "Marsel"də qalmaq istədiyini bildirərək bu keçiddən imtina etmişdi. Bu qərar, Höybyerqin satışı hesabına maliyyə vəziyyətini tarazlaşdırmağa ümid edən Fransa klubunun rəhbərliyinin narazılığına səbəb olmuşdu.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə ümumilikdə 6 oyun keçirib və bir qol vurub.