"Sabah"ın futbolçusu Coy-Lens Mikels "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatında favoritini açıqlayıb. Sport24.az xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə Afrika mətbuatına açıqlamasında danışıb.

Mikels Fransa millisinin və İspaniyanın "Real" klubunun ulduz futbolçusu Kilian Mbappenin "Qızıl top"u qazanacağını proqnozlaşdırıb. "Sabah"ın hücumçusu fransalının mövsüm ərzindəki çıxışını yüksək qiymətləndirib.

"Düşünürəm ki, Mbappe "Qızıl top"u qazanmağa layiqdir. Onun mövsüm ərzində göstərdiyi oyun möhtəşəm idi. Mbappe niyə dünyanın ən yaxşı futbolçularından biri olduğunu sübut edib".

 

Qeyd edək ki, "Qızıl top"un mükafatlandırma mərasimi oktyabrın 26-da Londonda təşkil olunacaq.