İngiltərənin "Bornmut" klubunun futbolçusu Aleks Skott karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Real" yarımmüdafiəçinin xidmətində maraqlıdır.

 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

 

Madrid klubu bir müddətdir, Aleksi yaxından izləyir. İngiltərə təmsilçisi yayda futbolçu üçün bir neçə klubdan təklif alsa da, onu buraxmayıb.

 

"Real" qış fasiləsində oyunçu üçün hərəkətə keçəcək.

 

Qeyd edək ki, 23 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.