Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, Premyer Liqa klubu Azərbaycanın U-19 millisi ilə üz-üzə gəlib.

 

Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

 

"Kəpəz"in qollarını Turqut Mustafazadə və Şakir Seyidov vurub.