Kipr təmsilçisi "Pafos"un formasını geyinən Murad Məmmədov zədəsini sağaldıb. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

20 yaşlı vinger artıq fərdi məşqlərə başlayıb.

Məmmədov avqustun 13-də Avstriyanın "Zaltsburq" komandasına qol vurduğu UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununa zədəli halda çıxıb. Bu isə onun zədəsinin daha da ağırlaşmasına səbəb olub.

Qeyd edək ki, Məmmədov ötən yay "Neftçi"dən ayrılaraq Kipr klubuna keçib.