Braziliyalı futbolçu Endrik "Real"dan ayrıla bilər. Sport24.az xəbər verir ki, "Roma" klubu 20 yaşlı hücumçunu transfer etmək istəyir.
Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
İtaliya klubu yanvarda Endrik üçün "Real"la danışıqlara başlayacaq. Hücumçu özü də komandadan ayrılmağa müsbət yanaşır.
Endrik bu mövsüm La Liqada cəmi 6 dəqiqə şans qazanıb.