Kristian Şevçenko İngiltərənin "Şolinq" klubuna keçib. Sport24.az xəbər verir ki, bu barədə bu barədə İngiltərənin yeddinci divizionunda mübarizə aparan klubun rəsmi saytı məlumat yayıb.
Transferin detalları açıqlanmayıb. "Transfermarkt"ın məlumatına görə, futbolçu 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenkonun oğlu Kristian Şevçenko 2023-2026-cı illər ərzində "Uotford"un aşağı yaş qruplarında çıxış edib və klubun U-18, eləcə də U-21 komandalarında oynayıb.
O, Ukraynanın U-19 (11 oyun) və U-20 yığmalarınının formasını geyinib. U-20-nin heyətində 2025-ci ilin payızında keçirilən gənclər arasında dünya çempionatında dörd matçda meydana çıxıb.
Qeyd edək ki, "Şolinq" hazırda turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.