Portuqaliya Futbol Federasiyasının nümayəndələri gələn həftə beşqat Kriştiano Ronaldo ilə görüşməyi planlaşdırırlar. Sport24.az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb.

 

Federasiya rəsmiləri Ronaldo ilə Portuqaliya yığmasının baş məşqçisi Jorje Jezus arasındakı münasibətləri yaxşılaşdırmağa ümid edirlər. Federasiya həmçinin Ronaldonun milli komandaya qayıtmasını istəyir.

 

Qeyd edək ki, 41 yaşlı hücumçu Millətlər Liqası çərçivəsində Danimarkaya qarşı keçiriləcək oyundan bir gün əvvəl – Jezusun mətbuat konfransı və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra millinin düşərgəsini tərk edib. Ronaldo bildirib ki, vaxtı gələndə bu qərarının arxasındakı həqiqəti açıqlayacaq.