İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, "Brayton"u çalışdıran Fabian Hurzeler ötən ayın ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı mütəxəssisin komanda sentyabrda İngiltərə çempionatında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib. "Qağayılar" "Arsenal"a 3:0, "Koventri"yə 5:0 hesabı ilə qalib gəlib, "Lids Yunayted"lə matç isə bərabərliklə yekunlaşıb - 1:1.
Qeyd edək ki, "Brayton" Premyer Liqada 5 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.