Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən I Liqa təmsilçisi "Səbail" yoxlama matçı keçirib.

 

Elnur Abdullayevin baş məşqçisi olduğu kollektiv Binə qəsəbə stadionunda "Şimal" ilə üz-üzə gəlib. Matç "Səbail"in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Nominal meydan sahiblərinin heyətində Yan Said dubl edib, digər qollara isə Eltun Turabov, Peter Agblevor və Kənan Quliyev imza atıb.

 

Qeyd edək ki, çempionatda geridə qalan 3 turdan sonra aktivinə 7 xal yazdıran "Səbail" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.