PSJ və Rusiya millisinin qapıçısı Matvey Safonova buzov hədiyyə edilib və ona traktor sürmək öyrədiblər. Sport24.az xəbər verir ki, bu barədə 27 yaşlı qapıçı sosial şəbəkə hesabında paylaşım edib. Safonova hədiyyəni fermaya səfəri zamanı veriblər:

 

"Mənə inək hədiyyə etdilər! Daha dəqiq desəm, Motya adlı bir buzov. Sadəcə təəccübləndiyimi demək azlıq edər. Yəqin ki, bu, indiyə qədər aldığım ən qeyri-adi hədiyyələrdən biridir. Buzovumu yemləməklə yanaşı, həm də inək sağmağı və traktor sürməyi öyrəndim. Sanki gözüaçıq halda görülən ən gözlənilməz yuxu idi".

 

Qeyd edək ki, qapıçı hazırda Rusiya yığmasının düşərgəsindədir.