"Sabah" futbolçusu Oluvasen Timilehinlə yollarını ayırıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı nigeriyalı hücumçu karyerasını Kosovoda davam etdirəcək. O, "Ferizaj" klubuna transfer olunub.

Tərəflər arasında 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Oluvasen Timilehin əsasən "Sabah-2"nin formasını geyinib. Nigeriyalı futbolçu "bayquşlar"ın əsas komandasında cəmi 2 matçda meydana çıxıb.

Timilehin 2025-ci ildə isə  "İmişli"yə icarəyə verilib.