Fransa məhkəməsi "Real"ın hücumçusu Kilian Mbappenin keçmiş klubu PSJ-yə qarşı mənəvi təzyiq iddiası ilə bağlı qaldırdığı cinayət işinə xitam verib. Sport24.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Hücumçu şikayəti 2025-ci ilin mayında təqdim etmişdi. İddia, digər məsələlərlə yanaşı, PSJ-nin 2023-cü ilin yayında futbolçunun klubla müqaviləsini uzatmaqdan imtina etməsindən sonra onu əsas heyətdən kənarlaşdırmaq qərarı ilə bağlı idi. Fransalı futbolçu şikayətini 2025-ci ilin iyulunda geri götürmüşdü.
2026-cı ilin may ayının sonlarında hakimlər cinayət təqibini davam etdirmək üçün kifayət qədər əsasın olmadığını müəyyən edərək işə xitam verilməsi barədə qərar qəbul ediblər. Onlar həmçinin Mbappenin özünün bu məsələ ilə bağlı iddialarından imtina etməsi faktını da nəzərə alıblar.
Qeyd edək ki, Mbappe 2024-cü ilin yayında müqavilə müddəti bitdikdən sonra PSJ-ni tərk edib və azad agent kimi "Real"a keçib.