Bu gün II Liqada 6-cı tura start verilir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə 3 görüş baş tutacaq.

 

"Qaradağ Lökbatan" "Zəngəzur"u, "Şəki" "Şəmkir"i, "Kür-Araz" isə "Ağstafa Gəncləri"ni qonaq edir. 

 

Qeyd edək ki, turun digər 3 qarşılaşması sabah keçiriləcək.

 

II Liqa

VI tur

 

15:00. "Qaradağ Lökbatan" – "Zəngəzur"
Hakimlər: Sənan Bayramzadə, Təhmin Cəlilbəyli, Samir Cabbarov, Fəridə Lütfəliyeva
Lökbatan OİK stadionu

 

15:00. "Şəki" – "Şəmkir"
Hakimlər: Kamil Aydınov, Ruslan Məmmədov, Nurlan Əhmədzadə, Rauf Salamov
Zaqatala OİK stadionu

 

15:30. "Kür-Araz" – "Ağstafa Gəncləri"
Hakimlər: Mehdi Yusifov, Ruslan Babayev, Cavid Ömərov, İlqar Əhmədov
Saatlı OİK stadionu