"Mançester Yunayted", "Arsenal" və "Çelsi" "Frayburq"un hücumçusu İqor Matanoviçi heyətinə qatmağı hədəfləyir. Sport24.az xəbər verir ki, bu barədə "Caughtoffside" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, sözügedən klublar 23 yaşlı xorvatiyalının oyununu izləmək üçün mütəmadi olaraq nümayəndələrini göndərirlər.
Yayda hücumçu transfer edə bilməyən "Arsenal" onu Kay Havertsə alternativ kimi nəzərdən keçirir. Benjamin Şeşkonun səhhətindəki problemlər səbəbindən "Mançester Yunayted"in"ın hücum xəttində əlavə seçimə ehtiyacı var, "Çelsi" isə ənənəvi olaraq gənc istedadlar axtarışındadır.
Ötən yay Matanoviçin transfer dəyəri təxminən 35 milyon avro idi. Ancaq hazırda onun qiyməti 58 milyon avroya yüksəlib.
Qeyd edək ki, hücumçu 2025-ci ilin iyul ayından etibarən "Frayburq"da çıxış edir. Matanoviç cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 7 oyunda 6 qol vurub.