"Tottenhem"in keçmiş yarımmüdafiəçisi Dele Alli karyerasını davam etdirmək yönündə çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

 

30 yaşlı futbolçu bu aralarda "Viindzor İton" klubunun bazasında məşq edir. Bu komanda isə İngiltərənin səkkizinci divizionunda çıxış edir. 

 

Alli 2025-ci ilin sentyabrında "Komo" ilə müqaviləsini ləğv etdikdən sonra azad agent statusundadır. O, İtaliya klubu heyətində cəmi bir dəfə – "San-Siro"da "Milan"a qarşı oyunda – meydana çıxıb.

 

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü fiziki formasını qorumaq üçün daha əvvəl "Tottenhem"in bazasında məşq edib, həmçinin şəxsi məşqçi heyəti ilə birgə II Liqada çıxış edən"Barnet"in düşərgəsinə də üz tutub.