"Barselona" "Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiolu yenidən transfer gündəliyinə daxil edib. Sport24.az xəbər verir ki, Kataloniya klubu xorvatiyalı futbolçunun ətrafında yaranan son vəziyyəti yaxından diqqətdə saxlayır.
"Barselona" daha əvvəl 24 yaşlı müdafiəçini transfer etmək variantını nəzərdən keçirsə də, oyunçu Mançester təmsilçisini tərk etmək niyyətində deyildi. Lakin hazırda vəziyyət köklü şəkildə dəyişə bilər.
Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinən "Mançester Siti" xalların silinməsi və ya turnirdən kənarlaşdırılma kimi ağır sanksiyalarla üz-üzədir. Bu amil Qvardiolun komandadan ayrılmasına şərait yarada bilər.
2023-cü ilin avqustundan "Leyptsiq"dən "Mançester Siti"yə keçən Qvardiol bu ilin iyul ayında klubu ilə müqaviləsini 2031-ci ilin yayına qədər uzatmışdı.
Cari mövsümdə "şehirli"lərin heyətində 7 rəsmi matça çıxan xorvatiyalı müdafiəçi 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer dəyərini 70 milyon avro qiymətləndirir.