Bu gün "Neftçi" və Litvanın "Spartak" (Vilnüs) komandalarının veteranları arasında yoldaşlıq matçı keçiriləcək. Sport24.az xəbər verir ki,Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 12:00-da səslənəcək.

 

Qarşılaşmanı tarixi edən əsas məqam komandaların 75 ildən sonra eyni arenada yenidən üz-üzə gəlməsidir. Belə ki, 1951-ci ildə stadionun açılışı zamanı "Neftçi" Vilnüs təmsilçisini qonaq edib. O vaxt "Neftyanik" adı ilə çıxış edən "ağ-qaralar" "Spartak"ı böyük hesabla məğlub edib - 4:0.