Bu gün II Liqada 6-cı turun növbəti oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə 3 görüş baş tutacaq.
"Hyper"s "Marafon"u, "Ağdaş" "Dinamo"nu, "Şirvan" "Difai"ni qonaq edir.
Qeyd edək ki, turun dünən keçirilən oyunlarında "Qaradağ Lökbatan" öz meydanında "Zəngəzur"u (4:0) məğlub edib. "Şəmkir" səfərdə "Şəki"nin qapısından 5 cavabsız top keçirib. "Kür-Araz" isə "doğma divarlar" arasında "Ağstafa Gəncləri"nə (2:4) uduzub.
II Liqa
6-cı tur
15:00. "Hypers" - "Marafon"
Bərdə.Şəhər stadionu.
15:00. "Ağdaş" - "Dinamo"
Ağdaş. Şəhər stadionu.
15:00. "Şirvan" - "Difai"
Şirvan. Olimpiya İdman Kompleksinin stadionu.