FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turu çərçivəində baş tutacaq Rumıniya - İsveç matçında ədaləti qoruyacaq.
Sabah Buxarestdə keçiriləcək görüşdə Məsiyevə laysmanlar Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək.
Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.