"Çelsi"nin futbolçusu Pedro Neto Premyer Liqada klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Mançester Siti" portuqliyalı vingeri transfer etmək istəyir.

"Çelsi" isə 26 yaşlı futbolçu üçün "şəhərlilər"dən 70 milyon avro tələb edir

"Mançester Siti" Netonu "Tottenhem"ə keçməsi gözlənilən Savinyonun əvəzinə heyətə cəlb etmək niyyətindədir. Neto transfer baş tutacağı halda "Çelsi"də birlikdə çalışdığı Enzo Mareska ilə yenidən əməkdaşlıq edəcək.

Qeyd edək ki, Neto 2024-cü ildə "Vulverhempton"dan 54 milyon funt-sterlinq qarşılığında "Çelsi"yə keçib.