"Neftçi" basketbol klubu Azərbaycan millisinin üzvü Derin Berközü heyətinə cəlb edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə bir mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, 192 sm boya malik basketbolçunun son klubu NTD olub.