Misli Premyer Liqasının I turu Ruan Renato üçün əlamətdar olub. Sport24.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi "Zirə"nin heyətində 100-cü çempionat matçına çıxıb.

 

2023-cü ildən Bakı klubunda çıxış edən cənubi amerikalı bu matçlarda 13 qola imza atıb.

 

Ruan Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb. Bu göstəricidə rekordçu "Neftçi"də 133 oyun keçirən Flavinyoya məxsusdur. Denis Silva isə iki fərqli klubda "100"ü keçib.

 

1. Flavinyo ("Neftçi") - 133

2. Dodo ("Qəbələ") – 131

3. Denis Silva ("Neftçi") – 116

4. Denis Silva ("Şamaxı") – 113

5. Ruan Renato ("Zirə") – 100

 

Qeyd edək ki, Braziliya əsilli Riçard Almeyda "Qarabağ"da daha çox oyun keçirsə də, karyerasının gedişində Azərbaycan millisinin sabiq futbolçusu olub və legioner statusu daşımayıb.