"Neftçi" basketbol klubu Ramazan Qarayevi heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
19 yaşlı basketbolçu bir mövsümlük müqaviləyə imza atıb.
Qeyd edək ki, 202 sm boya malik mərkəz oyunçusunun son klubu NTD olub.