Ukraynalı qapıçı Andrey Lunin yayın sonuna qədər "Real"dan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

 

27 yaşlı qapıçı "Yuventus"a təklif olunub. Turin klubunun transfer siyahısında "Tottenhem"in qolkiperi Qulyelmo Vikario və "Benfika"dan Anatoli Trubin yer alıb.

 

Qeyd edək ki, Luninin "Real" ilə müqaviləsi 2030-cu ilə qədərdir. Lakin Madrid klubunda Tibo Kurtua getsə belə, ukraynalının əsas qapıçı olacağını düşünmürlər.