Lissabon "Sportinq"i yarımmüdafiəçi Nestori İrankundanı heyətinə qatıb. Onunla müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Sport24.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.
20 yaşlı avstraliyalı futbolçu "Uotford"dan transfer olunub. Onun İngiltərə təmsilçisi ilə anlaşması 2030-cu ilin yayına qədər idi.
"Talking Sporting"-in məlumatına görə, Lissabon klubu bu transferə 17 milyon avro xərcləyib.
Qeyd edək ki, İrankunda 2025/26 mövsümündə forma geyindiyi 42 matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.