Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun formasını geyindiyi "Bursaspor" Türkiyə Birinci Liqasında növbəti qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, komanda ikinci turda doğma meydanda "Iğdır"ı 1:0 hesabı ilə məğlub edib.

 

Bayramov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 71-ci dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, iki turdan sonra aktivində 6 xal toplayan "Bursaspor" turnir cədvəlində ikinci pillədə qərarlaşıb.