"Kəpəz" daha bir futbolçunun transferində uğursuzluqla üzləşə bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Nikola Karaklayiçi heyətinə qatmaq üçün təklif göndərib.
Lakin transferin reallaşmasının qarşısında maaş məsələsi dayanıb. Serbiyalı futbolçu "Kəpəz"in təklif etdiyi məbləğdən daha yüksək maaş tələb edib. Bu isə Gəncə klubunun rəhbərliyini çətin vəziyyət qarşısında qoyub.
Müqavilə ilə "İmişli"yə məxsus olan Karaklayiç hazırda yeni mövsüm üçün Peşəkar Futbol Liqasına sifariş olunmayıb. "İmişli"nin də legionerlə yolları ayırmaq niyyətində olması futbolçuya yeni klub tapmaq imkanını artırır.
Beləliklə, Karaklayiçin növbəti dayanacağının "Kəpəz" olub-olmayacağı maaş məsələsinin həllindən asılıdır. Tərəflər maliyyə şərtlərində razılığa gələ bilsələr, serbiyalı futbolçu Gəncə təmsilçisinin formasını geyinəcək.