"Kəpəz" PFK-nın yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb. Sport24.az xəbər verir ki, 28 yaşlı futbolçu UEFA Millətlər Liqasının "C" divizionunda noyabrın 13-də doğma publika önündə Qazaxıstana, bundan 3 gün sonra isə səfərdə Farer adalarına qarşı oyunlarda forma geyinə bilər.
Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub.