"8 ildən sonra mənim üçün yeni bir mərhələyə başlamağın vaxtıdır". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"la vidalaşan Abdullah Zubir sosial şəbəkə hesabında yazıb.
Təcrübəli vinger Ağdam təmsilçisi ilə vidalaşıb:
"Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusilə mənə çox böyük dəstək olan məşqçimə təşəkkür etmək istəyirəm. Mənə göstərdiyi etimada və öyrətdiyi hər şeyə görə ona minnətdaram. Və ən əsası, bütün azarkeşlərə və bütün ölkəyə mənə bəxş etdiyiniz inanılmaz sevgiyə görə təşəkkür edirəm. Sizin dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə oldu".
Qeyd edək ki, A.Zubir 2018-ci ildən "Qarabağ"ın formasını geyinirdi.