"Real"ın baş məşqçisi Joze Mourinyo hazırkı heyətdən tam razı deyil. Sport24.az "Sport.es"-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis daha iki mövqeyə yeni transfer "qaralayıb"
Mənbənin sözlərinə görə, portuqaliyalı baş məşqçi rəhbərlikdən sol ayaqlı mərkəz müdafiəçisi və universallığı ilə seçilən yarımmüdafiəçi istəyir.
Mourinyo "İnter"in 70 milyon avro dəyərində qiymətləndirdiyi Alessandro Bastonini bəyənir. Bundan başqa "Kral klubu"nun çalışdırıcısı komandasında bu yay "Atletiko"ya keçən Morten Yulmann kimi yarımmüdafiəçinin olmasını arzulayır.
Qeyd edək ki, Joze Mourinyo mövsümlərarası fasilədə "Benfika"dan ayrılaraq, "Real"ın "sükanı arxasına" keçib.