"Mançester Siti"nin baş məşqçisi Enzo Mareska müdafiəçi Ruben Dias və hücumçu Erlinq Halandın qarşıdan gələn mövsüm üçün rəsmi komanda kapitanları təyin olunduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Keçmiş kapitan Bernardo Silvanın "Real"a keçidindən sonra məşqçilər heyəti bu addımı atmağı lazım bilib. Mareska ilkin seçimlərini belə əsaslandırıb:
"Ruben və Erlinq hazırda iki kapitanımdır və "transfer pəncərəsi" bağlandıqdan sonra daha ikisinin adını çəkəcəm".
Mareskanın sözlərinə görə, məşqçilər heyəti kapitan sarğısını qoluna taxan oyunçuların hər matçda daha məsuliyyətlı olmasını gözləyir.