Misli Premyer Liqasında 1-ci turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin 3-cü oyun günündə daha bir 2 qarşılaşma baş tutacaq.

 

Sumqayıtın eyniadlı təmsilçisi "Neftçi"ni qonaq edir. "Mehdi Hüseynzadə"nin ot örtüyündə yaşanan problem səbəbindən "kimyaçılar" "ağ-qaralar"la "SOCAR Polymer Arena"da üzü-üzə gələcək.

 

Qeyd edək ki, mövsümün açılış turunun artıq baş tutan görüşlərində "Turan Tovuz" "Qəbələ"ni (1:0), "Sabah" "Kəpəz"i (2:0) məğlub edib. "Araz-Naxçıvan" - "İmişli" matçında isə qalib müəyyənləşməyib - 0:0

 

Misli Premyer Liqası

I dövrə, I tur

19:00. "Sumqayıt" - "Neftçi" 1:3

Qollar: B. Almeyda, 23,55, L. Tupta, 31. ; N. Orucov, 65.

Qırmızı vərəqə: S. Abdullazadə, 74.

 

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov 
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sumqayıt. "SOCAR Polymer Arena" 

 

"Sumqayıt": 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi 8. Səbuhi Abdullazadə (k) 17. Nihad Əhmədzadə 75. Nadir Orucov 97. Vüsal Paşayev 9. Jeam Oliveyra 4. İsa Suliman 42. Sedrik Badolo 55. Lukas Blek 5. Renan Santana

 

Ehtiyat oyunçular: 12. Aftandil Arixov 34. Ülvi Abbaslı 20. Ayxan Süleymanlı 10. Ronaldo Vaskez 11. Aleksa Yankoviç 21. Tiaqo Almeyda

 

"Neftçi": 1. Emil Balayev 8. Emin Mahmudov (k) 14. Elvin Bədəlov 7. Emil Səfərov 3. Rüfət Abbasov 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 29. Lyubomir Tupta 33. Breno Almeyda 10. Freddi Varqas

 

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 80. Aslan Şirinov 82. Məhəmməd Məmmədli 24. Mustafa Sek 55. Endryu Qravilyon 70. Andrey Ştoqrin 20. Qustavo Klisman 11. Alen Şkribek