Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü "Vanspor"da növbəti oyuna çıxıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi I Liqanın II turunda "Manisa" ilə matçda şans qazanıb.
Ozan 1:4 hesabıyla məğlub olduqları görüşdə komandasının yeganə qoluna imza atıb. Yarımmüdafiəçi daha sonra rəqib oyunçuya kəllə vurduğu üçün qırmızı vərəqə alıb və komandasını azlıqda qoyub.
"Vanspor" 2 turdan sonra xalsızdır.
Ozan bu yay I Liqa təmsilçisi ilə müqavilə imzalayıb.